Vasif Agayev Saz Ay Dili
LINK >>> https://shoxet.com/2tk9fy
Qobustan dövlət tarixi-bədii qoruğunda Mezolit dövründən orta əsrlərə qədər dövrü əhatə edən 6000 qayaüstü rəsm vardır. Ancaq burada primitiv incəsənətin çiçəklənmə dövrü Mis dövrü hesab edilir. Bu dövrdə qədim tayfaların yüzilliklərin əsəri olan həyat təcrübəsi dini və bədii görüşlər baxımından tam ifadə edilirdi.[45]
Səlcuqlar dövləti dövründə başlayan türk tayfalarının gəlişi[115] monqolların dövründə də davam etmişdir. Beşinci monqol ulusu Elxanilərin ordusunun böyük bir hissəsini türklər təşkil edirdi.[40] Elxanilər dövründə türk boylarının Azərbaycana köçü baş vermişdir. Bu dövrdə tat-tacik qruplara qarşı monqolların göstərdiyi diskriminasiya, Fərat çayından kanalların açılması tatların Azərbaycan və İraq-i Əcəmdən (Sultanabad) İraqa köç etməsinə səbəb olmuşdur. Qalanlar isə monqollarla birlikdə türkləşmiş, İran Azərbaycanında Azərbaycan dili hakim olmuşdur. Türklərin Azərbaycanda yerləşməsinin əsas səbəbi bu ölkədə otlaq, bağ-bağçaların çox olması, mal-qara bəsləmək üçün uyğun və əlverişli şəraitin olmasıdır.[116]
Sovet dövründə Bakının ruslaşması şəhərin azərbaycanlı, rus, erməni, yəhudi və digər millətlərdən olan əhalisini birləşdirən supra-etnik Bakı şəhər submədəniyyətinin yaranmasına gətirib çıxardı. Rus dilinin həddindən artıq yayılması rusdilli azərbaycanlıların (ana dili rusca olan azərbaycanlılar) ortaya çıxmasına səbəb oldu.[146][147][148][149] 1939-cu ildə Moskvada Azərbaycan sovet memarları Sadıq Dadaşov və Mikayıl Hüseynovun proyekti əsasında Azərbaycan pavilyonu qurulmuşdur. Pavilyondakı ekspozisiya Azərbaycan SSR-in və onun mədəniyyətinin inkişafına həsr edilmişdir. 1930-cu idə Aleksandr Şirvanzadə Azərbaycan SSR-in ilk xalq yazıçısı,[150] 1931-ci ildə Qurban Pirimov Azərbaycan SSR-in ilk xalq artisti, 1956-cı ildə Səməd Vurğun Azərbaycan SSR-in ilk xalq şairi olmuşdur. Azərbaycanda doğulmuş SSRİ xadimlərinə Mstislav Rostropoviç, Larisa Dolina, Vladimir Menşov, Yevgeni Petrosyan, Harri Kasparov misal göstərilə bilər.
XIX əsrdə Abşeron yarımadasında neft sənayesinin inkişafı ilə ictimai və mədəni həyatda da canlanma baş verir. XX əsrin əvvəllərində Bakı Rusiya imperiyasının əsas sənaye şəhərlərindən birinə çevrilir. Şəhərin iqtisadi baxımdan sürətli inkişafı aralarında Emanuel Nobel, Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Aleksandr Mantaşev və s. milyonçuların şəhərə böyük sərmayələr yatırmasına şərait yaradır, çoxsaylı yeni binalar və komplekslər inşa edilir. Azərbaycan şəhərlərində messenatların sifarişi ilə çoxsaylı ictimai binalar, məktəb, xəstəxana və yaşayış binaları inşa edilir. Həmin dövrdə inşa edilmiş memarlıq abidələri arasında İsmailiyyə, Səadət, Tağıyevin sarayları, Opera və Balet Teatrının binası, Şəhər Dumasının binası, Sabunçu elektrik qatarı stansiyası binası, Bakı və Gəncədə dəmir yolu stansiyalarının binalarını qeyd etmək olar.
Müasir Azərbaycan memarlığı əvvəlki dövrlərin memarlıq ənənələrini özündə əks etdirməklə islam, qotik, klassik, barokko, modern memarlıq stillərinin milli memarlıq elementləri ilə vəhdətindən ibarət binalarda əks olunur. Son dövrlərdə inşa edilmiş binaların fasadlarının işlənməsində aqlay daşından geniş istifadə olunur. Bundan başqa mərmər, qranit, alüminium panellər də fasadların həllində tətbiq edilir. Müasir Azərbaycan memarlığının maraqlı nümunələri arasında Alov qüllələri, SOFAZ Tower, SOCAR Tower, Baku Tower, Trump Tower Baku, Bakı Kristal Zalı, Bakı Olimpiya Stadionu, Gəncə Dövlət Filarmoniyasının binası, Heydər Əliyev Mərkəzi və Konqres Mərkəzinin binaları, Port Baku və Azure kompleksləri, The Crescent Development Project, Heydər məscidi və başqa memarlıq layihələrini göstərmək olar.
Güləbətin tikmələr adətən ağır-davamlı və bahalı parçalar üzərində yaradılır. Tikmə parçaların yerlik kimi istifadə olunduğu bu tikmə növündə əsasən qızıl və gümüş saplar tətbiq olunur. Güləbətin tikmələr arxalığın, çəpgənin, araqçının, saat və daraq qabının və digər məişət əşyalarının üzərində olur. Naxış ünsürü kimi əsasən stilizə edilmiş quş, at, insan, gül-çiçək və yarpaq təsvirlərindən istifadə edilir. Naxçıvan, Bakı, Şamaxı, Quba, Şuşa, Təbriz şəhərlərinin ustaları güləbətin tikmələrindən istifadə edib. İcrasına görə daha çox güləbətinli tikməyə uyğun gələn \"quş gözü\" (ona Abşeronda \"cinağı\", Naxçıvanda \"cülmə\" də deyirlər) əsasən araxçınların və şəbkülahların bəzədilməsində istifadə edilirdi.
Orta əsrlərdə Azərbaycanın müxtəlif məntəqələrində əcdadların baba adlandırılan daş heykəlləri düzəldilmişdir. Qəbirdaşları və divarlar çox vaxt relyef naxışları ilə bəzədilirdi. Bu növ heykəltəraşlıq Abşeron yarımadasında pik səviyyəyə çatmışdır. Bakıda Şirvanşahlar sarayı muzeyində saxlanılan XIII əsrə aid Bayıl daşları insan və heyvan fiqurları ilə bəzədilmişdir. Bu antropomorfik yazının bir nümunəsidir.[212]
Azərbaycanda müasir peşəkar balet sənətinin mənşəyi milli opera və operettanın inkişafı ilə əlaqədardır. XX əsrin əvvəllərində Bakı teatrlarında səhnəyə qoyulan milli operalarda və musiqili komediyalarda xoreoqrafik nömrələr icra edilirdi. Bu dövrdə həmçinin Qu gölü və Jizel kimi klassik baletlərdən səhnələr ifa edilirdi.[423]
Azərbaycanda dövlət səviyyəsində qeyd edilən dini bayramlar Qurban bayramı və otuz günlük orucdan sonra qeyd edilən Ramazan bayramıdır. Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd edilir.[525] Azərbaycanda ölkə əhalisinin böyük hissəsini təşkil edən şiə müsəlmanları tərəfindən qeyri-rəsmi olaraq İmam Hüseynin 680-ci ildə Kərbəlada şəhid edildiyi Aşura günü qeyd edilir. Bu zaman hüzn mərasimləri keçirilir.
Xoca ibn Ədili İbarinin XV əsrə aid əlyazması astronomiya, astrologiya, coğrafi, fəlsəfi və etik anlayışların ifadə edilməsi üçün istifadə olunan orjinal Azərbaycan terminlərini izah edir.[529] Alim Mahmud Şirvani 1562-ci ildə ərəb dilindən \"Möcüzələr mirvarisi və qəribəliklər incisi\" əsərini tərcümə etmişdir. On yeddi fəsildən ibarət olan tərcümədə dünyanın müxtəlif ölkələrinin, ayrı-ayrı dəniz və okeanlarının flora və faunasından bəhs edilir.[530]
Azərbaycan dilində çap edilmiş ilk kitab 1780-ci ildə Rusiya imperatriçəsi II Yekaterinanın himayəsində Sankt-Peterburqda çap edilmiş \"Qanun-i Cədid\"dir. İkinci Azərbaycan çapı isə Kəlkətə şəhərində çap edilmiş Nizami Gəncəvinin \"İsgəndərnamə\" əsərinə şərhlərdir. 1817-ci ildə Təbrizə çap maşını gətirilsə də azərbaycan dilində çap edilən kitabların sayı məhdud idi. Müasir Azərbaycanda ilk kitab 1834-cü ildə Şuşada çap edilmişdir.[556]
Kəşkül qəzeti bağlandıqdan sonra 14 il ərzində Azərbaycan dilində heç bir qəzet çıxarılmasına icazə verilmədi. Bu dövrdə bir çox Azərbaycan ziyalısı Azərbaycan dilində qəzet çıxartmağa cəhd göstərmiş, ancaq nailiyyət edə bilməmişdilər. Nəriman Nərimanov və Məhəmməd Əmin Rəsulzadə kimi şəxsləri özündə toplayan \"Hümmət\" təşkilatı nəşriyyatla məşğul olmuş, 1904-cü ilin oktyabrında Azərbaycan dilində gizli şəkildə \"Hümmət\" qəzetini nəşr etdirmişdir. Bu Azərbaycan mətbuatında ilk sosial-demokrat qəzet idi. 1906-cı ilin noyabrından Əli bəy Hüseynzadənin baş redaktorluğuyla çıxmağa başlayan \"Füyuzat\" isə turançılıq ideologiyasının daşıyıcısı idi.[559]
Avarlar öz dillərindən başqa azərbaycan dilini də doğma dil səviyyəsində danışırlar. Bakıdakı Avar mədəniyyət mərkəzi avar və azərbaycan dillərində \"Avar\" qəzetini çap edir.[603] Məşhur Azərbaycan avarlarına Əli Ansuxski və Rəsul Çunayev misal göstərilə bilər.
Dağıstan və ya Azərbaycanda yaşamasından asılı olmayaraq saxurlar öz dillərindən başqa azərbaycan dilini də bilirlər.[604] Azərbaycanlıların mədəniyyəti saxurların musiqi mədəniyyətinə təsir edib.[605] Hal-hazırda Zaqatalada Saxur Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.[603] Saxurların ən məşhur nümayəndələri arasında Abdulla Muxtarov, Abdulla Qarayev, Əhməd İsayev və digərlərinin adları vardır.
İngiloylar gürcü dilinin xüsusi dialektini danışırlar. Əlibəyli kəndində Qax Dövlət Gürcü Dram Teatrı fəaliyyət göstərir. Həmçinin gürcü dilində \"Şəlalə\" qəzeti nəşr edilir.[606] Məşhur nümayəndələri rus və sovet ordusunda xidmət etmiş Anatoli Muradov və Mose Canaşvilidir.[607][608]
Azərbaycan kürdləri üçün kurmanc dilinin şimal-qərbi ləhcəsi spesifikdir[609], ancaq ailə içində belə azərbaycan dilində danışırdılar. Azərbaycanlı qadın ilə evlənən kişilər kürd dilini unudur və uşaqlar da həmişə bu dili öyrənə bilmirdi. Azərbaycanda kürdlərə məxsus məscidlər olmadığından azərbaycanlılara aid məscidlər istifadə edilirdi. 1930-cu illərdə Ağcakənd kəndində kukla xalq teatrı (kilim arası) fəaliyyət göstərirdi.[610] Hal-hazırda Azərbaycanda \"Ronahi\" Kürd Mədəniyyət Mərkəzi və \"Kürdün səsi\" qəzeti fəaliyyət göstərir.[611] Məşhur Azərbaycan kürdlərinə Müseyib Axundov və Şamil Əsgərov misal göstərilə bilər.[612]
Azərbaycan ləzgiləri ləzgi dilinin Quba ləhcəsini danışırlar.[614] Azərbaycanda Ləzgi dili və mədəniyyətinin inkişafının əlaqələndirilməsi üçün \"Samur\" Ləzgi Milli Mərkəzi yaradılıb.[615] Sovet dövründə \"Qızıl Qusar\" qəzetinin yalnız bir səhifəsi ləzgi dilində çıxarılsa da, indiki dövrdə ləzgi dilində bir neçə qəzet fəaliyyət göstərir.[603][616][617] 1998-ci ildə Qusar Dövlət Ləzgi Dram Teatrı yaradılıb.[611] Ləzgilərin etnoqrafik həyatı Azərbaycan mühitinin təsirinə məruz qalıb. Ləzgilər müəyyən dərəcəyə qədər Azərbaycan milli geyimlərini və Azərbaycan mətbəxinə aid yeməkləri mənimsəyiblər.[618] Azərbaycanda ləzgi ədəbiyyatının nümayəndələrinə Ləzgi Nemət, Müzəffər Məlikməmmədov, Sədaqət Kərimova misal göstərilə bilər.[603][616][617] 59ce067264